...

Gürcüstan parlamentinin sədri parlament seçkilərində iştirak etməkdən imtina edib

Dünya xəbərləri Materials 21 Aprel 2008 20:39 (UTC +04:00)
Gürcüstan parlamentinin sədri parlament seçkilərində iştirak etməkdən imtina edib

Gürcüstan, Tbilisi, 21 aprel/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri Nino Burcanadze hakim Vahid Milli Hərəkat partiyasından parlament seçkilərində iştirak etməkdən imtina edib. O, bu barəd bu gün keçirilən brifinqdə məlumat verib.

O vurğulayıb ki, mayın 21-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməmək qərarına gəlib. Burcanadze Vahid Milli Hərəkat partiyasının siyahısında nömrə bir adlandırılıb.

"Bu adi siyasi prosesdir və mən hakim partiyanın siyahısına partiya üçün lazımi hesab etdiyim şəxsləri daxil edə bildiyim üçün belə qərar qəbul etmişəm. Bizə uğurlu islahatlar və ölkənin irəliləməsi lazımdır və bu insanlar bu işlərdə həlledici rol oynaya bilərlər. Lakin, mənimlə razılaşmadılar və mən belə qərar qəbul etməyə məcbur oldum", - o bildirib.

Burcanadze vurğulayıb ki, yeni sədr seçilənədək parlament sədri vəzifəsində qalacaq və "ədalətli və düzgün" seçkilərin təmin edilməsi üçün hər bir şeyi edəcək.

Xəbər lenti

Xəbər lenti