...

Bakı-Tbilisi-Qars və "Mərmərə" nəqliyyat layihələri birləşdiriləcək - Türkiyənin nəqliyyat naziri

Dünya xəbərləri Materials 4 Dekabr 2008 11:13 (UTC +04:00)
Bakı-Tbilisi-Qars və "Mərmərə" nəqliyyat layihələri birləşdiriləcək -  Türkiyənin nəqliyyat naziri

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir B.Həsənov/ Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisi layihəsinin öz ərazisinə düşən hissəsini reallaşdırmaqda davam edir. Bu barədə cümə axşamı Bakıda Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Bineli Yıldırım bildirib.

Yıldırımın sözlərinə görə, tikinti ilə bağlı heç bir problem yoxdur.

Hazırda Türkiyə Bosfor boğazının altı ilə tunel tikintisini - "Mərmərə" layihəsini reallaşdırır. Bu, Türkiyə ilə Avropa ölkələri arasında dəmir yolu əlaqəsinin yaradılmasına imkan yaradacaq.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars və "Mərmərə" layihələrinin reallaşdırılmasından sonra onlar bir xəttdə birləşdiriləcək ki, bu da dəhliz vasitəsilə yüklərin Asiyadan Avropaya tədarükünə imkan yaradacaq.

Yıldırım Bakı-Tbilisi-Qars layihəsi iştirakçılarının Asiyada əsas yüktədarükçüsü olan Çin ilə danışıqlar apardığını və bu ölkənin adıçəkilən marşrut üzrə yük nəqlində marqalı olduğunu bildirib.

Ekspertlərin proqnozlarına görə, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin ilk mərhələsində (2011-ci ildən) təqribən 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınacaq. 2034-cü ildə bu göstərici 3 mln. sərnişin və 18 mln. ton yükədək artacaq.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmir yolu magistralının yeni 105 km-lik qolunun tikintisi planlaşdırılır. Bunun 76 km-i Turkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəql gücünü ildə 15 mln. ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km-lik Axalkalaki - Marabda - Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmir yolu xətlərinin Avropa standartlarına uyğunlaşdırılması üzrə məntəqələrin tikilməsi də planlaşdırılır. Layihə 422 mln. dollar, infrastrukturla yanaşı isə 600 mln. dollar məbləğində qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti