...

Türkiyənin kürdçü partiyasının nümayəndələri İraqın şimalına səfər ediblər

Dünya xəbərləri Materials 13 Dekabr 2008 12:05 (UTC +04:00)

Türkiyənin kürdçü Demokratik Toplum Partiyasının (DTP) nümayəndələri Kürd Administrasiyasının rəsmiləri ilə görüşmək üçün İraqın şimalına səfər ediblər. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

DTP rəhbəri Əhməd Türkün başçılıq etdiyi 5 nəfərlik heyət İraqdakı Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani və İraq prezidenti Cəlal Talabani ilə görüşəcək. Hər iki liderlə regiondakı kürd məsələsini müzakirə edəcək DTP heyəti Bərzani və Talabaniyə bəzi tələblərini çatdıracaqlar. Tələblər arasında Türkiyənin İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatlar keçirməsinə dəstək verilməməsi tələbi də var.

Xəbər lenti

Xəbər lenti