...

BMT-nin Kipr təmsilçisi Ankaraya gəlib

Dünya xəbərləri Materials 18 Dekabr 2008 12:40 (UTC +04:00)

BMT Baş katibinin Kipr üzrə xüsusi təmsilçisi Aleksandr Dounerin (Alexander Downer) Ankaraya rəsmi səfəri başlayıb. Bu barədə Türkiyənin "Dünyabulteni" informasiya agentliyi məlumat verib.

Douner bu gün Ankarada Türkiyənin xarici işlər naziri Əli Babacanla, sabah isə Afinada Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə görüşəcək. Dekabrın 22-də onun Kiprin türk lideri Məhmət Əli Tələt və Kipr Yunan dövlətinin rəhbəri Dmitris Hristofyas arasında Kipr problemi ilə bağlı danışıqlarda iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti