...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Qırğızıstanda qeyd olunub

Dünya xəbərləri Materials 25 Dekabr 2008 21:27 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 dekabr / Trend R.Məşədihəsənli/ Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki T.Satılqanov adına Dövlət Filarmoniyasında "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür" adlı konsert proqramı keçirilib.

Proqramın əvvəlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi, Qırğızıstan-Azərbaycan əlaqələri haqda məlumat verilib.

Azərbaycanlı müğənnilər Şahmar Tapdıqov, Müslüm Əliyev, "Azəri", "Günəş", "Kuvanç" qruplarının ifa etdikləri mahnı, rəqs nümunələri salona toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Bir sıra ölkələrin Qırğızıstandakı diplomatik missiya təmsilçiləri də tamaşaçılar arasında olub.

Xəbər lenti

Xəbər lenti