...

İsrail HHQ-nin qırıcıları Qəzzə şəhəri və Qəzzə Zolağı ərazisində terrorçu qruplaşmaların obyektlərini bombalayırlar

Dünya xəbərləri Materials 27 Dekabr 2008 14:24 (UTC +04:00)
İsrail HHQ-nin
qırıcıları Qəzzə şəhəri və
Qəzzə Zolağı ərazisində terrorçu
qruplaşmaların obyektlərini bombalayırlar

İsrail, Qüds, 27 dekabr/ ?rendNews, müxbir A.Qut/ İsrail HHQ-nin qırıcıları Qəzzə şəhəri və Qəzzə Zolağı ərazisində terrorçu qruplaşmaların obyektlərini bombalayırlar, - İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən ?rendNews­-a xəbər veriblər. Bu bombardman HƏMAS-ın İsrail ərazisini arası kəsilməyən hərbi atəşlərə məruz qoymasına cavab olaraq aparılır.

HƏMAS - dakı mənbələr iddia edirlər ki, İsrailin qırıcı təyyarələrinin Qəzzədəki hərbi obyektlərə zərbəsi zamanı HƏMAS - ın ən azı 40 nümayəndəsi məhv edilib. Havadan, inzibati binalar da daxil olmaqla, ən azı 30 obyektə zərbə endirilib. Qəzzədəki dəniz limanına da zərbə endirilib.

İsrail Müdafiə Ordusu mətbuat xidmətinin iddiasına görə, hücum nəticəsində HƏMAS-ın anbar və ofisləri məhv edilib, hücumun birinci mərhələsinin başa çatdığı deyilir. Bu arada, İsrailin müdafiə naziri Sidirotda xüsusi hərbi vəziyyət elan edərək, İsrail ordusunun Qəzzədən 20 km radiusda əraziyə cavab verəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti