...

İran parlamentinin sabiq nümayəndəsi casusluqda ittiham olunaraq həbs edilib

Dünya xəbərləri Materials 10 Mart 2009 13:06 (UTC +04:00)

İran, Tehran, 10 mart / Trend , müxbir A.Namdari /

İranın parlamentinin sabiq nümayəndəsi bu ölkənin milli təhlükəsizlik qüvvələri tərəfindən Avropa ölkələrinə casusluqda ittiham olunaraq həbs edilib.

"İran parlamentinin Ərak şəhərindən olan sabiq nümayəndəsi Əli Nəzəri Avropa ölkələrinə casusluq etməkdə ittiham olunaraq həbs edilib. Fevralın 23-dən həbs olunan Nəzəri hazırda Tehranın Evin həbsxanasında saxlanılır", - deyə adının açıqlanmasını istəməyən İran parlamentinin nümayəndəsi çərşənbə axşamı Trend -a bildirib.

Nəzəri İran parlamentində İslahatçılar düşərgəsindən Ərak şəhər üzrə nümayəndə seçilib. Nəzərinin həbsi ilə bağlı məlumat bir həftə öncə İranın hakim Mühafizəkarlar düşərgəsinə məxsus mətbuatda dərc olunmuşdu. Lakin Nəzərinin həbsinin hansı ittihamla bağlı olduğu barədə İran parlamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi bu gün bildirib.

İranın sabiq parlament nümayəndəsi və İslahatçılar düşərgəsindən olan Nəzəri İranın sabiq prezidenti Xatəminin tərəfdarlarındandır. 

Xəbər lenti

Xəbər lenti