...

Qırğızıstanda xarici ticarət sahəsində "vahid pəncərə" prinsipi layihəsi həyata keçiriləcək

Dünya xəbərləri Materials 10 Mart 2009 22:27 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 10 mart ( Trend , müx. R.Məşədihəsənli)

Martın 12-də Qırğızıstanın iqtisadi inkişaf və ticarət nazirliyində xarici ticarət sahəsində "vahid pəncərə" prinsipi layihəsinin KİV üçün təqdimat mərasimi keçiriləcək.

Tədbirin təşkilatçıları qismində Qırğızıstanın iqtisadi inkişaf və ticarət nazirliyi, Almaniya texniki əməkdaşlıq üzrə cəmiyyəti və başqaları çıxış edirlər.

Çərşəndə axşamı nazirlikdən Trend -un müxbirinə verilən məlumata görə, Qırğızıstanda idxal-ixrac münasibətləri sahəsində dövlət icazə vermə sistemi qeyri-effektlidir, çoxpilləlidir və təkrarçılığa yol verəndir.  Lazımi sənədlərin, prosedurların (icazə imzalarının) sayı və bu prosedurları keçmək üçün tələb olunan müddət Qırğızıstanın tərəfdaşlarında olan prosedurların sayından iki-üç dəfə çoxdur.

Misal kimi, Dünya Bankının məlumatlarına əsasən Qırğızıstana idxal etmək üçün 18 sənəd, 27 imza tələb olunur ki, bu da 127 günə qədər uzana bilər.

Prosedurlarda şəffaflıq yoxdur, qanunverici baza mükəmməl deyil. Xarici ticarət administrasiyasında sistem müştərilərə yönəlməyib, onun işə yanaşması optimallaşdırılmır, prosedurların sadələşdirilməsi və xərclərin azaldılması üçün səylər göstərilmir.

Sahibkar və dövlət məmuru arasında lazımi icazə verən sənədin alınması üçün fiziki kontaktın mövcudıuğu korrupsiya sxeminin yaranmasına əsas verir.

Məqalə müəllifi ilə bu ünvanla əlaqə saxlamaq olar [email protected]

Xəbər lenti

Xəbər lenti