...

İƏT-ə üzv ölkələr azad ticarət zonaları yaratmalıdırlar - Tacikistan Prezidenti

Dünya xəbərləri Materials 11 Mart 2009 17:00 (UTC +04:00)

Tacikistan Prezidenti dünya iqtisadi-maliyyə böhranı ilə bağlı yarana biləcək problemlərin qarşısını almaq üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində işçi qrupların yaradılmasını təklif edir. Bu barədə İranın IRIB televiziyası xəbər yayıb.

"İƏT iki və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməli, üzv dövlətlər arasında körpülər, dəmir yolları və magistral yollarının tikintisi üzrə işləri sürətləndirməlidir", - Tacikistan Prezidenti İmaməli Rəhman martın 11-də Tehranda keçirilən İƏT-in sammitdə çıxışı zamanı bidirib. 

Onun sözlərinə görə, İƏT-ə üzv ölkələr azad ticarət zonası yaratmağa çalışmalıdırlar.

Tacikistan Prezidenti İran prezidentinin təklifini dəstəkləyərək bildirib ki, İƏT-ə üzv ölkələrdə bu ad altında bank yaradılmalıdır. O, həmçinin əlavə edib ki, İƏT-ə üzv ölkələrin əməkdaşlığı yalnız ECO çərçivəsində olmamalıdır.

Tacikistan Prezidenti ölkəsindən Çinə dəmir yolunun çəkilməsi məsələsinə toxunaraq, bu layihənin digər ölkələr üçün də faydalı olacağını qeyd edib.

İran Prezidenti martın 11-də keçirilən iclasda İƏT üzvləri arasında vahid valyutanın seçilməsi, üzv ölkələrdə İƏT adı altında bank yaradılması, ölkələr arasında idxal-ixrac əməliyyatlarında rüsum və vergilərin ləğv olunması, mal dövriyyəsinin həcminin artırılması təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti