...

Türkiyədə hakim partiya ilə müxalifət partiyası üzvləri arasında atışma olub

Dünya xəbərləri Materials 16 Mart 2009 17:24 (UTC +04:00)

Türkiyənin Mersin vilayətində yerli bələdiyyə seçkiləri ilə bağlı keçirilən mitinqdə Hakim Ədalət və İnkişaf partiyası (AKP) və Milliyətçi Hərəkat partiyasının üzvləri arasında silahlı atışma baş verib.

Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib. İnsident nəticəsində iki nəfərin tüfəngdən açılan güllə ilə yaralandığı bildirilib.  

Hadisədə yaralanan Vəli Arı və Kadır Öz Mersin xəstəxanasına aparılıb.

Xəbər lenti

Xəbər lenti