...

Çexiya səfirliyinin katibi İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 16 Mart 2009 17:53 (UTC +04:00)

Avropa Birliyinə (AB) sədrlik edən Çexiyanın İrandakı səfirliyinin katibi Con Koriel İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın rəsmi televiziyası (İRİB) məlumat yayıb.

İran XİN-in insan haqları və qadın məsələləri üzrə şöbənin baş direktorunun müavini Tahirə Nəzəri Çexiya səfirliyinin katibi Korielə AB-nin terrorizm mövzusu ilə bağlı ikili siyasət yürütdüyünü bildirib. İran Çexiya səfirliyinin katibindən AB-dən terrorizm məsələləri ilə bağlı əsaslı mövqe bildirməyi, terrorizmlə bağlı əsassız bəyanatlar yaymamağı tələb edib.

Çexiya səfirliyinin katibi Koriel İran rəsmilərinin istəyini Avropa rəsmilərinə çatdıracağını bildirib.

Xəbər lenti

Xəbər lenti