...

Türkiyə Ermənistan əlaqələri yaxşılaşmağa doğrudur - Türkiyə xarici işlər naziri

Dünya xəbərləri Materials 16 Mart 2009 18:03 (UTC +04:00)
Türkiyə Ermənistan əlaqələri yaxşılaşmağa  doğrudur - Türkiyə xarici işlər naziri

Türkiyənin xarici işlər naziri Əli Babacan keçirdiyi mətbuat konfransında ölkəsi ilə Ermənistan əlaqələrinin yaxşılaşmağa doğru irəlilədiyini bildirib. Bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib.

"Türkiyə-Ermənistan əlaqələri yaxşılaşmağa doğru gedir.  Azərbaycan və Ermənistan arasında olan problemlər , Ermənistan ilə Türkiyə arasında olan problemlərdən daha ciddidir. Azərbaycan ərazisinin 20 faizi işğal edilib," - Babacan bildirib.

Türkiyə XİN rəhbəri onu da əlavə edib ki, problemlərin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında da danışıqlar aparılır.

Babacan aprelin 16-17-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Forumuna iştirak üçün gedib getməyəcəyinin hələ bəlli olmadığını bildirib.

"Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Forumunda iştirak etməyimizə heç bir maneə yoxdur, lakin eyni tarixdə Yaponiyada Pakistanla əlaqədar rəsmi görüşə qatılacağam", - Babacan bildirib.

Xəbər lenti

Xəbər lenti