...

ATƏT-in Gürcüstandakı missiyasının işi xüsusilə vacibdir - ATƏT-in sədri

Dünya xəbərləri Materials 17 Mart 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Е.Оstapenko /

"Böhran dövründə ATƏT-in Gürcüstandakı missiyasının işi xüsusilə vacibdir", - ATƏT-in hazırkı sədri Dora Bakoyannis ATƏT-in press-relizində deyilir. 

"Böhran dövründə regiondakı sabitliyin təmin olunması baxımından missiyanın işi çox vacibdir", - Yunanıstanın XİN rəhbəri Bakoyannis, bazar ertəsi Brüsseldə ATƏT və Aİ üçlüyünün görüşünün sonunda deyib.

"Təəssüf ki, ATƏT-in Gürcüstandakı missiyası işini bitirmək üzrədir, çünki onun mandatının artırılması üzrə razılıq yoxdur", - o, qeyd edib. "ATƏT-in yunan sədrliyi ATƏT-in Gürcüstandakı varlığını davam etdirmək üçün konsensusa nail olmaq üzrə danışıqlar aparır".

Qafqazdakı durumun monitorinqini ATƏT-dən olan 20 hərbi müşahidəçi Gürcüstanın Cənubi Osetiya ilə həmsərhəd rayonlarında aparır. ATƏT-in Gürcüstandakı mandatı hələ yanvarda bitib və hazırda missiya işini yekunlaşdırma rejimindədir. Rusiya dekabrın 22-də ATƏT-in daimi şurasının iclasında mandatın uzadılmasına razı olmayıb. Ruslar hesab edir ki, "gürcü missiyası"nın hazırkı mandatı özünə abxaz və cənubi osetin komponentlərini ehtiva edir, ona görə də ona yenidən baxılmalıdır.

Bakoyannis, həmçinin Gürcüstanla bağlı Cenevrə diskussiyaları zamanı əldə olunan inkişafı alqışlayıb və bu danışıqların davam etdiriləcəyinə və öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirib.

ATƏT, Aİ və BMT nümayəndələrinin iştirakı ilə keçirilən Cenevrə danışıqlarının bir neçə mərhələsinin məqsədi gürcü-rus münaqişəsinin nəticələrini müəyyən etməkdir.

Gürcüstandan iki region - Abxaziya və Cənubi Osetiyanın ayrılmasından sonra, onun ərazisində ötən ilin avqustunda hərbi toqquşmalar baş verib. Separat regionlar Rusiya tərəfindən onlarla diplomatik münasibətlər qurularaq dəstəklənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti