...

Qırğızıstanda uşaqlar üçün yeni vaksin qəbul edilir

Dünya xəbərləri Materials 19 Mart 2009 13:21 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 19 mart / Trend , müxbir R.Məşədihəsənli /

Aprelin 1-dən Qırğızıstan Respublikasının qəbulu vacib olan bir sıra vaksinləri ehtiva edən milli profilaktik peyvənd təqviminə yeni, pentavalent vaksin əlavə edilir (AKDS+VQV+XİB).

Bu vaksin uşaqları birdən-birə beş xəstəlikdən qorumaq imkanı verəcək: göy öskürək, difteriya, tetanus, yoluxucu hepatit V və hemofiliya infeksiyası. Vaksində yeni komponent hemofiliya infeksiyasına qarşı antigendir. Bu haqda Trend -un müxbirinə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Yelena Bayalinova məlumat verib.

Bayalinovanın sözlərinə görə, Qırğızıstanda vaksinasiya 2009-cu il aprelin 1-dən başlayacaq və milli profilaktik peyvənd təqvimində nəzərdə tutulmuş sxemə uyğun olaraq bütün tibb məntəqələrində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti