...

Ortaq türk kanalı TRT AVAZ adı altında 27 ölkəyə yayımlanacaq -Türkiyə prezidenti Abdullah Gül

Dünya xəbərləri Materials 21 Mart 2009 20:46 (UTC +04:00)
Ortaq türk kanalı TRT AVAZ adı altında 27 ölkəyə yayımlanacaq -Türkiyə  prezidenti Abdullah Gül

Türkiyə, Ankara, 21 mart / Trend , xüsusi müxbir E. Hüseynli /

Türkiyə prezidenti Abdullah  Gül  Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanacaq ortaq türk kanalının rəsmi açılışında  çıxış edər Ortaq türk kanalının  TRT AVAZ adı altında 27 ölkəyə  yayımlanacaqını  bildirib.

TRT AVAZ telekanalı peyk vasitəsilə  "TURKSAT 3a, 11.581 Mhz, 4444 Symbol rate, 3/4 Fec" tezliyində yayımlanacaq, Türkiyənin TRT 1 kanalı xəbər verir.

Bu gün axşam türk, Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanacaq ortaq türk kanalının rəsmi açılışı olub. Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, millət vəkili Qənirə Paşayeva, İctimai Teleradio Şirkətinin sədri İsmayıl Ömərov, Az.TV-nin rəhbəri Arif Alişanov və başqaları daxildir.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti