...

BMT-nin Baş Katibi Haaqada Əfqanıstan üzrə konfransda iştirak edəcək

Dünya xəbərləri Materials 29 Mart 2009 18:17 (UTC +04:00)

Hollandiya, Haaqa, 29 mart / Trend , müxbir Ə.Ələskərov /

"BMT-nin Baş katibi Pan Gi Mun bazar ertəsi Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyaya gəlir. Ali qonağın qarşılanması mərasimi martın 30-da saat 09.00-da, Rotterdam şəhərinin beynəlxalq hava limanında keçiriləcək", - jurnalistlərə ölkənin XİN rəhbəri Maksim Ferhagen deyib.

Ötən cümə BMT-nin Baş katibi Pan Gi Mun, həmçinin Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak etmək üçün Moskvada səfərdə olub. Səfərin gedişində o, Rusiya XİN rəhbəri Sergey Lavrov və ölkə başçısı Dmitri Medvedyevlə də görüşüb.

Əfqanıstan üzrə Haaqadakı konfrans martın 31-də keçiriləcək. Onu Hollandiya və ABŞ birgə təşkil edəcək. Konfransa Əfqanıstanda iqtisadiyyat və sülh həyatının bərpasında iştirak edən dövlətlərin XİN rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. Onların içərisində Əfqanıstanın NATO-nun təşəbbüsü altında İSAF əməliyyatında iştirak edən qonşu dövlətləri və maliyyə yardımı göstərən donor ölkələr də var. Onlar Əfqanıstandakı və Orta Şərq regionundakı durumu müzakirə edəcək, eləcə də terrorizm və narkoticarətlə mübarizə strategiyasını hazırlayacaqlar.

Xəbər lenti

Xəbər lenti