...

İraq beynəlxalq qüvvələrin ölkədən çıxarılmasından sonra təhlükəsizliyi qorumaq iqtidarındadır - Baş nazir

Dünya xəbərləri Materials 30 Mart 2009 19:02 (UTC +04:00)

"İraq höküməti beynəlxalq qüvvələrin ölkədən çıxarılmasından sonra yaranacaq boşluğu doldurmaq iqtidarındadır", - İraqın Baş naziri Nuri əl-Maliki Qətərdəki ərəblərarası sammitdə deyib. Bu barədə AlJazeera telekanalı xəbər verir.

21-ci Ərəb Ölkələri sammiti öz işinə bazar ertəsi, Qətərin paytaxtında başlayıb və iki gün davam edəcək.

Növbəti ümumərəb forumunun əsas mövzuları - Sudandakı durum, Fələstin ərazilərindəki vəziyyət və ərəb sülh təşəbbüsünün gələcəyi, həmçinin ərəblərarası idarəetmə və dünya iqtisadi böhranıdır.

İraqın Baş naziri deyib ki, onun ölkəsi xarici orduların çıxışından sonra təhlükəsizliyi təmin edə biləcək və ölkədə demokratiyanın inkişafının tərəfdarı olacaq.

ABŞ və Britaniya İraqdakı kontingentini sentyabrda azaldacaq. Bir müddət əvvəl Britaniya bəyan etmişdi ki, qoşunlarını İraqdan artıq iyunda çıxaracaq və Mosul şəhəri üzərindəki nəzarəti yerli təhlükəsizlik orqanlarına verəcək.

Qoşunların tamamilə çıxarılması prosesi 2011-ci ildə başa çatacaq.

"İraq demokratiya yolundadır, dövlət orqanları isə konstitusion əsasda fəaliyyət göstərir", - əl-Maliki bildirib.

Onun sözlərinə görə, ərəb ölkələrinin problemlərindən biri digər ölkələrin onların daxili və xarici siyasətinə müdaxiləsidir.

"Ərəb siyasətinə xarici müdaxilənin qarşısını almaq lazımdır", - əl-Maliki bildirib.

Ərəblərarası fikir ayrılıqlarının öhdəsindən gəlmək prosesinə bu ilin yanvarında, Küveytdəki mini-sammitdə start verilib. İki ay sonra bu istiqamətdə Səudiyyə Ərəbistanı, Suriya və Misir rəhbərlərinin ər-Riyaddakı görüşü keçirilib. Orada, onun yekunlarında qeyd olunduğu kimi, ərəblərarası münasibətlərdə "yeni mərhələnin başlanğıcı" qoyulub. Bu barədə RİA Novosti yazır.

ƏDL-in Qətər sammitinə Misir, Əlcəzair, İraq, Mərakeş və Omanın başçıları gəlməyib.

ƏDL sammiti çərşənbə axşamı başa çatacaq. Bundan sonra Dohada Ərəb və Cənubi Amerika Ölkələrinin ikinci sammiti öz işinə başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti