...

Rusiya İran-Ermənistan dəmiryolu layihəsinin həyata keçirilməsində iştirak edəcək

Dünya xəbərləri Materials 31 Mart 2009 17:16 (UTC +04:00)

Rusiya İran-Ermənistan dəmiryolu layihəsinin həyata keçirilməsində iştirak edəcək. Bu barədə İran televiziyası məlumat yayıb.

"İran-Ermənistan dəmiryolu layihəsi üzərində hazırda iş gedir və rəsmi Moskva bu layihənin icrasında iştirak etməyə hazır olduğunu bildirib", - deyə Ermənistan və Rusiya parlamentlərarası komissiyanın sədri Aram Safaryan çərşənbə axşamı jurnalistlərə bildirib.

Safaryan cari həftənin əvvəlində Moskvada keçirilən Ermənistan-Rusiya parlamentlərarası komissiyaının 16-cı iclasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirələrin olduğunu bildirib.

O, əlavə edib ki, Rusiya 2011-ci ildə tikiləcək nüvə elektrik stansiyasına da sərmayə yatıracaq.

Xəbər lenti

Xəbər lenti