...

Pakistanda məscidin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Dünya xəbərləri Materials 5 Aprel 2009 15:27 (UTC +04:00)

Bazar günü Pakistanın şərq vilayəti olan Pəncabın Çakval (Chakwal) şəhərində yerləşən məsciddə partlayış baş verib. Al Jazeera telekanalının yaydığı məlumata görə, ölənlərin sayı 40-a, yaralananların isə 120 nəfərə çatıb.
Bir müddət öncə 30 nəfərin həlak olduğu barədə məlumatlar yayılmışdır.
Xəbərə əsasən terrorçu-kamikadze məscidə daxil olan zaman özünü partladıb. Partlayış zamanı məsciddə iki minə yaxın adam var idi.
İTAR-TASS agentliyinin yerli KİV-ə istinadən yaydığı məlumata görə, zərəçəkənlərə təcili tibbi yardım göstərilir. Onların bəzilərinin durumu kritik kimi dəyərləndirilir.
Hələlik Pakistanda fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri baş verənlərə görə öz üzərinə məsuliyyəti götürməyib.

Xəbər lenti

Xəbər lenti