...

Tailand paytaxtındakı toqquşmalar nəticəsində 70-ə yaxın adam xəsarət alıb

Dünya xəbərləri Materials 13 Aprel 2009 06:29 (UTC +04:00)
Tailand paytaxtındakı toqquşmalar nəticəsində 70-ə yaxın adam xəsarət alıb

Azı 68 nəfər Banqkokda müxalifətçilərlə ordu arasında baş verən toqquşmalarda yaralanıb. Bu haqda bazar ertəsi Frans Press agentliyi məlumat yayıb. Xəbərə görə, iki nəfər güllə yarası alıb.

Təcili tibbi yardım xidmətinin nümayəndəsi müxalifətə yaxın radiostansiyanın beş ya altı nəfərin həlak olması haqda yaydığı məlumatları təsdiq etməyib.

Hərbçilər şəhərin əsas küçəsindən nümayişçiləri  çıxarmağa çalışırlar. Nümayişçilər geri çəkilməyə məcbur olurlar.

Kütləvi nümayişlər üzündən aprelin 10-da Pattaya şəhərində keçirilməsi nəzərdə tutulan ASEAN sammiti təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti