...

Kiprin yunan tərəfi problemin həllində səmimi deyil - Şimali Kipr Prezidenti

Dünya xəbərləri Materials 17 Aprel 2009 13:04 (UTC +04:00)
Kiprin yunan tərəfi problemin həllində səmimi deyil - Şimali Kipr Prezidenti

Şimali Kiprin Prezidenti Mehmet Əli Tələt ABŞ-a səfərindən sonra İstanbulda keçirdiyi mətbuat konfransında adanın yunan tərfinin Kipr probleminin həllində səmimi olmadığını bildirib. Bu haqda Türkiyənin CNNTÜRK telekanalı məlumat verib.

"Yunan tərəfi Kipr probleminin həllində səmimi deyil. Yunan tərəfi problemin həlli istiqamətində addımlar atmaq əvəzinə, Türkiyəyə təzyiq göstərir və BMT-nin məsələyə aktiv müdaxiləsinə mane olur", - deyə Tələt əlavə edib.

Şimali Kipr Prezidenti ABŞ Dövlət katibi ilə görüşündə üç əsas tələb səsləndirdiyini bildirib.

"Kipr probleminin həlli üçün üç tələbimiz var: BMT bu məsələyə aktiv müdaxilə etməli, ABŞ problemin həlli istiqamətində əvvəlki illərdən daha aktiv olmalı və adanın türk tərəfinə qoyulmuş embarqo götürülməlidir", - deyə Tələt əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti