...

Taliblər Pakistanın daha bir bölgəsini ələ keçiriblər

Dünya xəbərləri Materials 23 Aprel 2009 23:37 (UTC +04:00)
Taliblər Pakistanın daha bir bölgəsini ələ keçiriblər

Arsenalında ağır texnikası olan "Taliban" hərəkatının döyüşçüləri İslamabad yaxınlığındakı daha bir bölgəni nəzarətə alıblar. Bu haqda məlumatı İranın "Press-TV" telekanalı yayıb.

Xəbərə görə, taliblər Pakistan hökuməti tərəfindən müqavimət görməyərək cümə axşamı Şanqla vilayəti ərazisinə daxil olublar.

Svat və Bunerdən sonra Şanqla taliblərin nəzarətə keçirdikləri üçüncü bölgə olub. Taliblər günü-gündən ölkə paytaxtına yaxınlaşırlar.

Xəbər lenti

Xəbər lenti