...

Atambayev seçiləcəyi təqdirdə Qırğızıstan prezidenti səlahiyyətlərini azaldacaq

Dünya xəbərləri Materials 25 Aprel 2009 15:18 (UTC +04:00)
Atambayev seçiləcəyi təqdirdə Qırğızıstan prezidenti səlahiyyətlərini azaldacaq

Qırğızıstan prezidenti postuna müxalifətdən olan yeganə namizəd Almazbek Atambayev bildirib ki, bu vəzifəyə gələcəyi təqdirdə dövlət başçısının səlahiyyətlərini azaldacaq. Bu barədə CA-NEWS xəbər yayıb.

"Mən prezident olaramsa, onun səlahiyyətlərini azaldacağam", - o bildirib və Kurmanbek Bakiyevin ailəvi idarəçiliyini tənqidə məruz qoyub.

Bu gün birləşmiş müxalifətin qurultayında çıxış edən namizəd Atambayev iştirakçılardan xeyir-dua istəyib.

"Mən sizdən xeyir-dua istəyirəm. Mən sizin etimadınızı doğruldacağam", - o bildirib.

Qurultay iştirakçıları Atambayev və İsmayıl İsakovun namizədliklərini yekdilliklə dəstəkləyiblər.

Üçüncü qurultay öz işini başa çatdırıb. Nahar, konsert və idman oyunları daxil olmaqla bayram hissəsi başlayıb.

Xəbər lenti

Xəbər lenti