...

İsrail ordusu gücləndiriləcək - müdafiə naziri

Dünya xəbərləri Materials 9 İyun 2009 17:55 (UTC +04:00)

İsrailin gələcək hərbi əməliyyatları Qəzza sektorundakı sonuncu əməliyyat - "Əridilmiş qurğuşun"dan daha genişmiqyaslı olacaq. Bu barədə İsrailin müdafiə naziri Yahud Barak  ordunun itkilərinin də artacağını əlavə edərək bildirib, Jerusalem Post qəzeti xəbər verir.

"Ölkə bir çox problemlərlə üz-üzə gəlir, lakin Milli Təhlükəsizlik Qüvvələri hər bir savaşda qələbə qazanmalıdır", - zabit məktəbində çıxışı zamanı Barak bildirib.

Onun sözlərinə əsasən, İsrail növbəti əməliyyatları müxtəlif məntəqələrdə keçirmək niyyətindədir və bu əməliyyatlar "Əridilmiş qurğuşun " əməliyyatından daha təhlükəli olacaq.

"İsrailin müdafiə sistemi Livanda və Qəzzadakı sonuncu döyüşlərdən ibrət aldı. İsrail ordusu hazırda daha güclüdür və qarşıdakı döyüşlərdə bütün təhlükələri nəzər alır", - deyə Barak bildirib.

Xəbər lenti

Xəbər lenti