...

Misir və İsrail prezidentləri çərşənbə axşamı Qahirədə sülh prosesini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 6 İyul 2009 14:12 (UTC +04:00)

İsrail Prezidenti Şimon Peres misirli həmkarı Hüsni Mübarək ilə Qahirədə Yaxın Şərqdə sülh danışıqlarını müzakirə edəcək. Bu barədə Fələstinin "Maan" agentliyi xəbər verib.

Hər iki prezident regionda sülh danışıqları üzrə irəliləyişləri, həmçinin İsrail əsgəri Qilad Şalitin artıq üç ildir ki, əsirlikdə olduğu Fələstinin Həmas hərakatının əsirliyindən qaytarılması məsələsini müzakirə etmək niyyətindədirlər.

Misir Şalitin qaytarılması üzrə HƏMAS və İsrail arasında aparılan danışıqlarda əsas vasitəçi qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti