Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibəsində 1915-ci il hadisələrinin soyqırım olduğunu sübut edən heç bir sənədin olmadığını bildirib.
Bu barədə CNN Türk telekanalı məlumat verib.
"1915-ci il hadisələrinin soyqırım olduğunu sübut edən sənəd yoxdur", - Ərdoğan bildirib. Baş nazir onu da bildirib ki, ermənilərin soyqırım iddiasına baxmayaraq, ölkə ərazisində hələ də 40 min erməni yaşayır.