...

Azərbaycanın hava limanlarında "donuz qripi"nin müəyyənləşdirilməsi üçün avadanlıq quraşdırılıb

Dünya xəbərləri Materials 10 İyul 2009 15:12 (UTC +04:00)
Azərbaycanın hava limanlarında "donuz qripi"nin müəyyənləşdirilməsi üçün avadanlıq quraşdırılıb

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "donuz qripi"nin profilaktikası məqsədilə ölkənin hava limanındakı gömrük məntəqələrindən keçid zamanı bədənin hərarətini uzaqdan ölçən avadanlıq quraşdırıb", - cümə günü DGK sədrinin birinci müavini Əsgər Abdullayev deyib.

"Hələ ki bu avadanlıqlar yalnız hava limanlarının gömrüklərində quraşdırılıb, ancaq gələcəkdə ölkənin bütün nəzarət-buraxılış məntəqələrində onların quraşdırılması planlaşdırılır", - Abdullayev bildirib.

Onun sözlərinə görə, bu işlər ölkənin səhiyyə və kənd təsərrüfatı nazirlikləri ilə birlikdə aparılır.

Abdullayevin sözlərinə görə, ölkənin bütün nəzarət-buraxılış məntəqələrində "donuz qripi"nin xüsusilə kəskin yayılmış Amerika qitəsindən gələn sərnişinlərin yoxlanılması üzrə daha gücləndirilmiş rejim tətbiq edilib.

"Bu gün ölkənin nəzarət-buraxılış məntəqələrində "donuz qripi"nə yoluxma üzrə heç bir fakt qeydə alınmayıb", - Abdullayev qeyd edib.

Ölkədə məntəqələrində "donuz qripi"nə yoluxma üzrə heç bir faktın qeydə alınmamasını Səhiyyə Nazirliyi də təsdiqləyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, iyunun 22-nə olan məlumata görə, dünyada 52,16 min virus faktı təsdiqlənib.

Onlardan 231-i yoluxmuş insanın ölümünə gətirib çıxarıb. Bunlardan 113 fakt - Meksika, 87 - ABŞ, 13 - Kanada, 7 - Argentina, 4 - Çili, 2 - Avstraliya, 1- Kosta-Rika, Dominikan Respublikası, Qvatemala və Birləşmiş Krallıqda qeydə alınıb.

Donuz qripi öldürücü virusdur. Yoluxma hava-damcı yolu ilə baş verir, virus mikroviruslara aiddir, A (H1N1) növlüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti