...

İranın Xarici İşlər Naziri Misrə səfər edib

Dünya xəbərləri Materials 13 İyul 2009 10:41 (UTC +04:00)

İranın Xarici İşlər Naziri Mənuçöhr Müttəki bu gün (bazar ertəsi) Misirə səfər edib. Bu barədə İranın Dövlət televiziyasının rəsmi saytı məlumat yayıb.

Müttəki Misirdə keçirilən Bitərəf Dövlətlər Hərəkatına, (Non-Aligned Movement - NAM) üzv ölkələri Xairici İşlər Nazirlərinin icalsında iştirak etmək məqsədi ilər bu ölkəyə səfər edib. İclas iyulun 13-14-də Misirin Şərm əl-şeyx şəhərində keçirilir.

Bitərəf Dövlətlər Hərəkatının dövlət başçılarının sammiti iyulun 15-16-da keçiriləcək.

Tərəfsiz Dövlətlər Hərəkatı özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 114 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti