...

İran müxalifəti dövlət qəzetini məhkəməyə verib

Dünya xəbərləri Materials 14 İyul 2009 14:51 (UTC +04:00)

"İran" dövlət qəzetinin baş redaktoru Kavə İştihardi (Kaveh Eshtehardi)  bildirib ki, prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvi və sabiq prezident Məhəmməd Xatəmi  qəzeti məhkəməyə verib. O əlavə edib ki, Ayətullah Haşimi Rəfsəncaninin övladları da "İran" qəzetini məhkəməyə vermək niyyətindədir. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

"İndiyədək Musəvinin seçki qərargahı tərəfindən məhkəməyə "İran" qəzetinin əleyhinə 6 dəfə şikayət ərizəsi təqdim olunub. Bir dəfə də Xatəmi qəzetin əleyhinə şikayət yazıb", - deyə İştihardi bildirib.

İştihardinin sözlərinə görə, İranın Məsləhət Şurasının sədri Ayətullah Haşimi Rəfsəncaninin üç övladı "İran" qəzetindən məhkəməyə şikayət etmək niyyətindədir.  

O əlavə edib ki, Musəvi və Xatəmi haqqında "İran" qəzetində yayılan məlumatlar əhalinin maarifləndirilməsi məqsədi ilə olub və qəzetin rəhbərləri məhkəmə qarşısında cavab verməyə hazırdırlar.

Prezidentliyə keçmiş namizəd Musəvinin seçki qərargahının sözçüsü Əbülfəzl Fateh bildirib ki, İranın bəzi mətbuat orqanlarında Musəviyə yaxın olmayan şəxslərin çıxışları yayımlanıb və onlar əhaliyə Musəvinin tərəfdarı kimi təqdim olunublar.

Xəbər lenti

Xəbər lenti