...

Qırğızıstan və Rusiyanın Müdafiə nazirlikləri Batken və ya Oşsko vilayətlərində anti-terror mərkəzin yaradılmasının əlverişliliyi məsələsini öyrənirlər - Prezident Bakiyev

Dünya xəbərləri Materials 17 İyul 2009 14:01 (UTC +04:00)
Qırğızıstan və Rusiyanın Müdafiə nazirlikləri Batken və ya Oşsko vilayətlərində anti-terror mərkəzin yaradılmasının əlverişliliyi məsələsini öyrənirlər.
Qırğızıstan və Rusiyanın Müdafiə nazirlikləri Batken və ya Oşsko vilayətlərində anti-terror mərkəzin yaradılmasının əlverişliliyi məsələsini öyrənirlər - Prezident Bakiyev

Qırğızıstan və Rusiyanın Müdafiə nazirlikləri Batken və ya Oşsko vilayətlərində anti-terror mərkəzin yaradılmasının əlverişliliyi məsələsini öyrənirlər. Bu barədə Amerikanın nüfuzlu "Nyu-York Tayms" qəzetinə müsahibəsində Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev bildirib, "24 kg" İA xəbər verir. 

Bakiyev bəyan edib ki, Qırğzıstan və Rusiyanın iqtisadi xarekterli bir çox proqramları mövcuddur. Bunlara Kambarata-1SES tikintisi və digər layihələr aiddir.

"Rusiya bizim artıq uzun illərdir ki, əməkdaşlıq etdiyimiz strateji tərəfdaşımızdır. İqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verilir", - müsahibənin mətnində deyilir.

Həmçinin Qırğızıstanın cənubunda anti-terror mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.

"Qırğızıstanın şimalında problem yoxdur. Orada bizim qonşularımız Çin və Qazaxıstandır. Orada "Kant" aviabazası yerləşir", - müsahibədə deyilir.

Bakiyevin sözlərinə əsasən, əsas problemlər Qırğızıstanın cənubunda, Tacikistan ilə birbaşa həmsərhəd olan, Əfqanıstan ilə ümumi sərhədləri olan Batken vilayətindədir.

Anti-terror fəaliyyətin gücləndirilməsi məqsədilə ölkənin cənubunda terrorizmlə daha səmərəli mübarizə aparılması məqsədilə Qırğızıstan, həmçinin Rusiya Müdafiə Nazirliyinin əməkdaşları Qırğızıstanın cənubunda  Batken, Oşsko və ya Cəlal-Abad vilayətlərində beynəlxalq terror ilə mübarizə mərkəzinin yaradılmasının əlverişliliyi məsələsini öyrənirlər, müsahibədə deyilir.

"Bu mərkəzdə Qırğızıstan və Rusiya hərbi qulluçularının birgə anti-terror təlimləri keçirilə də bilər. Bu məsələ onun əlverişliliyinin müzakirəsi mərhələsindədir" - deyə Bakiyev bildirib.

Xəbər lenti

Xəbər lenti