...

İsrail İran və Fələstin rəsmilərinin görüşünü pisləyib

Dünya xəbərləri Materials 20 İyul 2009 20:22 (UTC +04:00)
BBC saytının yazdığına görə, İsrail, İranın xarici işlər naziri ilə görüşündən sonra yüksək vəzifəli Fələstin nümayəndəsini "dünyanın ekstremist düşməni" ilə görüşdə günahlandırıb.
İsrail İran və Fələstin rəsmilərinin görüşünü pisləyib

BBC saytının yazdığına görə, İsrail, İranın xarici işlər naziri ilə görüşündən sonra yüksək vəzifəli Fələstin nümayəndəsini "dünyanın ekstremist düşməni" ilə görüşdə günahlandırıb.

Sahib Erikat - Fələstin tərəfindən danışıqlar prosesinin ən nüfuzlu iştirakçısı deyib ki, o, Mənüçöhr Möttəki ilə görüşüb və ötən həftə Misirin Şarm əş-Şeyx şəhərindəki "qoşulmama hərəkatı" sammitində yarım saat söhbət edib.

"Mən ona dedim ki, İran Fələstin xalqını dəstəkləməkdə davam etməlidir və onlar bizim birləşməmiz istiqamətində iş aparmalıdırlar və o da razılaşdı", - Erikat bildirib.

Erikatla yanaşı, Möttəki Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbasla da görüşüb. Bu, 1994-cü ildən etibarən İran və Fələstin administrasiyasının rəsmi şəxsləri arasında ilk görüş idi.

İranla Fələstinin FƏTH iqtidar partiyası arasındakı münasibətlər İsrailə qarşı hərbi müqavimət aparan HƏMAS Fələstin hərəkatına İran tərəfindən hərbi və maliyyə dəstəyinin verilməsi üzündən gərgin olaraq qalır.

Xəbər lenti

Xəbər lenti