...

İran regionda nanotexnologiyalar sahəsində birinci yeri tutur

Dünya xəbərləri Materials 21 İyul 2009 14:57 (UTC +04:00)
İran regionda nanotexnologiyalar sahəsində birinci yeri tutur

İran İslam Respublikası regionda nanotexnologiyalar sahəsində birinci yeri tutur və 2015-ci ildə bu sahədə dünyanın on aparıcı ölkəsi sırasına daxil olacaq, bu barədə İranın rəsmi nümayəndələri bazar ertəsi bildiriblər.  

"Nanotexnologiyalar üzrə qərargah (İranda) 2004-cü ildə yaranarkən biz dünyada 57-ci yeri tuturduq, bizim məqsədimiz isə 2015-ci ildə elmi sahədə dünyanın 15 aparıcı ölkəsi sırasına daxil olmaqdır", - bu barədə nanotexnologiyaların inkişafı üzrə "İranın nanotexnologiyalar təşəbbüsü" adlı xüsusi təşkilatın başçısı Səid Sarkar bildirib.

Sarkar təsdiq edib ki, İranın 15 universiteti nanotexnologiyalar sahəsində magistr dərəcəsi almaq istəyən tələbələri qəbul edir, beş universitet isə doktor dərəcəsi almaq istəyən şəxsləri qəbul edir.

O bildirib ki, qərargahın əsas məqsədi nanotexnologiyalar vasitəsilə gəlir əldə etmək və ölkənin maliyyə inkişafıdır. 

"Biz ötən il bu sahədə dünya ölkələri arasında 19-ci yeri tutmuşuq, bu il isə biz dünyada 16-cı, regionda isə birinci yerdəyik", - deyə o əlavə edib.

Sarkarın proqnozlarına əsasən, bazarın bu seqmentinin həcmi min milyard dollar təşkil edir. Planlara uyğun olaraq İran bütün həcmin iki faizinə sahib olacaq.

"Hazırda İranda nanotexnologiyalar sahəsində işlər aparan 20 fəaliyyətdə olan və 50 yeni şirkətimiz var", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti