...

Türkiyənin Baş naziri gözlənilmədən Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 21 İyul 2009 16:17 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Suriya-Türkiyə münasibətlərinin müzakirəsi üçün Suriayaya səfər edəcək. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Türkiyənin Baş naziri gözlənilmədən Suriyaya səfər edəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Suriya-Türkiyə münasibətlərinin müzakirəsi üçün Suriayaya səfər edəcək. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Son dəfə dekabrda Suriyaya səfər edən Türkiyənin Baş nazirini xarici işlər naziri Əhməd Davudoğlu müşayiət edəcək.  

Ərdoğanın səfəri, Dəməşqdə ötən həftə ABŞ-ın Yaxın Şərqdəki xüsusi səfiri Fred Hof və Suriya Prezidenti Bəşər əl-Əsəd arasında keçirilən görüşdən sonra baş tutub.

Hof İsrailin müdafiə naziri Yəhud Barak və xarici işlər nazirinin köməkçisi ilə Qüdsdəki (Yerusəlim) görüşdən sonra Dəməşqə səfər edib.

Türkiyə bilavasitə Qəzza sektorunda İsrailin hərbi əməliyyatlarının başlanmasından sonra dayandırılan Suriya-İsrail danışıqlarında vasitəçi qismində çıxış edir. Ankara həmçinin İsrailin Yaxın Şərqdə sülh prosesinə ziyan vuran Qəzzadakı əməliyyatlarını şiddətlə tənqid edib.

Hof ilə görüşdə İsrail rəhbərliyi bəyan edib ki, ilkin şərtlər olmadan Suriya ilə birbaşa danışıqlara hazırdır. Suriya bildirir ki, İsrail 1967-ci ildə işğal etdiyi Colan yüksəkliklərini qaytarandan sonra danışıqlar masasına oturacaq.

Xəbər lenti

Xəbər lenti