...

Türkiyə problemlərini ölkə Konstitusiyasına əsasən həll edir - dövlət naziri

Dünya xəbərləri Materials 24 İyul 2009 14:06 (UTC +04:00)
Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarda Türkiyə nümayəndəsi, dövlət naziri Egemen Bakış deyib ki, ölkə vətəndaşlarının problemlərinin həlli məsələsində Türkiyə həmişə Konstitusiyaya arxalanır, - Türkiyənin The Journal of Turkish Weekly jurnalı xəbər verir.
Türkiyə problemlərini ölkə Konstitusiyasına əsasən həll edir - dövlət naziri

Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarda Türkiyə nümayəndəsi, dövlət naziri Egemen Bakış deyib ki, ölkə vətəndaşlarının problemlərinin həlli məsələsində, Türkiyə həmişə Konstitusiyaya arxalanır, - Türkiyənin The Journal of Turkish Weekly jurnalı xəbər verir.

"Türkiyə vətəndaşlarının qarşılaşdıqları problemlərin növündən - dini, yaxud etnik olmasından asılı olmayaraq, Türkiyə hökuməti onları Konstitusiya və hüquq çərçivəsində həll edir", - Bakış İstanbulda, mətbuat konsfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə Aİ-yə üzv olmaq istiqamətində zəifləməyib, əksinə öz iqtisadiyyatı, demokratiyası və insan hüquqları ilə bağlı durumunu gücləndirib.

"Ölkə Ədliyyə Nazirliyinin hazırda hazırlanması ilə məşğul olduğu bir sıra hüquqi islahatlara ehtiyacı var", - Bakış deyib.

"Nabukko" layihəsi onu göstərir ki, Türkiyə Avropanın enerji problemlərinin həllini tapan ölkələrdən biridir", - o qeyd edib.

"Nabukko" üzrə hökumətlərarası müqavilə iyulun 13-də Ankarada Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya arasında imzalanıb.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin tikintisi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti