...

Əhmədinejad hökuməti öz legitimliyini itirib – iranlı hüquqşünas

Dünya xəbərləri Materials 28 İyul 2009 09:00 (UTC +04:00)
Əhmədinejad hökuməti öz legitimliyini itirib – iranlı hüquqşünas

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir T.Cəfərov /

İran Prezidenti Mahmud Əhmədinejadın birinci prezidentlik dövrünün sona çatmasına 10 gündən az bir müddət qalıb, işdən uzaqlaşdırdığı nazırlərin sayının 11-ə çatması və Konstitusiyanın 136-cı maddəsinin tələbinə əsasən, Nazirlər Kabiteninin parlamentdə yenidən təsdiq olunmasının vacibliyi, hökumətin legitimliyini sual altına alıb.

İran Prokurorluğunun birinci dərəcəli vəkili Məhəmməd Seyfzadə (Mohammad Seyfzadeh) Trend -a bildirib ki, hökumət bütün nazirlərin səlahiyyətini yenidən təsdiqləmək üçün parlamentə göndərməlidir, əgər belə olmazsa, hökumət öz ligitimliyini itirir.

İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, Əhmədinejad bazar günü təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni Əjeyi və mədəniyyət naziri Hüseyn Səffar Herəndini işdən uzaqlaşdırıb. Beləliklə, indiyədək Əhmədinejadın ilk prezidentlik dövründə kabinetdə dəyişilmiş nazirlərin sayı 11-ə çatır. İRİB NEWS xəbər agentliyinin məlumatına əsasən, İranın Prezident Aparatının rəsmi saytında təhlükəsizlik nazirinin işdən uzaqlaşdırıldığı təsdiqlənsə də, digər nazirlər haqqında yayılan məlumatlar təkzib olunub. Lakin həmin mənbə, mədəniyyət naziri Herəndinin istefa verdiyini və onun müşaviri Məhəmməd Əli Xacepirinin nazirliyin yeni başçısı təyin olunduğunu da xəbər verib.

Seyfzadənin fikrincə, kabinetin yarısı dəyişdiyinə görə hökumət öz legitimliyini itirib və Nazirlər Kabinetinin səlahiyyətləri tez bir zamanda parlamentdə təsdiq olunmalıdır. "Kabinetin yarısı dəyişdirildiyi üçün Nazirlər Kabinetinin hamısının səlahiyyətləri parlamentdə yenidən təsdiqlənməlidir. Hökumət legitimliyini itirdiyi üçün heç bir iş görə biməz ", - deyə İranın İnsan Haqlarının Müdafiəsi Komitəsinin mərkəzi heyətinin üzvu, Azad Seçkilər Komitəsinin Baş katibi Seyfzadə Trend -a bildirib.

İran parlamentinin vitse spikeri Məhəmmədrza Bahünər də Mehr xəbər agentliyinə müsahibəsində bildirib ki, prezidentin andiçmə mərasiminə iki həftədən az bir müddət qaldığı üçün hazırda Nazirlər Kabinetinin səlahiyyətlərinin parlamentdə yenidən təsdiqlənməsinə imkan yoxdur.

İranın Mehr xəbər agentliyinin məlumatına əsasən, İran Prezidenti Əhmədinejadın andiçmə mərasimi avqustun 5-də keçiriləcək. Prezident Əhmədinejad avqustun 5-dən sonra iki həftə müddətində yeni kabinetinin tərkibini səlahiyyətlərinin təsdiqi üçün  parlamentə təqdim etməlidir. Parlament bir həftə ərzində kabinetin səlahiyyətini araşdırmalı avqustun 27-dək öz rəyini açıqlamalıdır.

Bahunər Nazirlər Kabinetinin iclaslarının prezidentin andiçmə mərasiminə və yeni kabinetin səlahiyyətinin parlamentdə təsdiqinə kimi qanuni olmadığını bildirib və əlavə edib ki, hökumət bu müddət ərzində heç bir sənəd hazırlaya bilməz.

Bundan öncə Əhmədinejadın birinci prezidentlik dövründə 21 nazirlikdə 9 dafə rəhbər dəyişikliyi baş verib: sosial müdafiə naziri Pərviz Kazimi, kooperasiya naziri (minstry of coopratives) Məhəmməd Kazimi Ərdəkani, sənaye və mədən naziri Əlirza Təhmasibi, neft naziri Kazim Vəziri Hamane, təhsil naziri Mahmud Fərşidi, daxili işlər naziri Mustafa Purməhəmmədi, iqtisadiyyat naziri Davud Daneş Cəfəri, nəqliyyat naziri Məhəmməd Rəhməti və daha bir dəfə daxili işlər naziri Əli Kordan vəzifədən uzaqlaşdırılıb.

İran Konistitusiyasının 136-cı maddəsində bildirilir: "Prezident nazirləri vəzifədən azad edə bilər və belə olduqda yeni nazirin səlahiyyəti parlamentdə təsdiqlənməlidir və əgər parlament səlahiyyətləri araşdırıb təsdiq etdikdən sonra Nazirlər Kabinetinin yarısı dəyişmiş olarsa, Nazirlər Kabinetinin səlahiyyəti parlamentdə yenidən təsdiq olunmalıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti