...

İran hakimiyyəti müxalifət qarşısında geri çəkilib - ekspertlər

Dünya xəbərləri Materials 31 İyul 2009 16:13 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın prezident seçkilərinə eitaz aksiyalarında həbs olunmuş 140əfərin azadlığı ilə bağlı ədliyyə nazirinə müraciəti, həmçinin İranın ali lideri ayətulla Əli Xameneyinin Kəhrizək həbsxanasının bağlanması barədə qərarı göstərir ki, hakimiyyət müxalifət qarşısında geri çəkilir. Lakin, ekspertlərin fikrincə, bu addımlar yetərincə qənaətbəxş deyil.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir T.Konyayeva /

İran Prezidenti Mahmud Əhmədinejadın prezident seçkilərinə eitaz aksiyalarında həbs olunmuş 140əfərin azadlığı ilə bağlı ədliyyə nazirinə müraciəti, həmçinin İranın ali lideri ayətulla Əli Xameneyinin Kəhrizəkhəbsxanasının bağlanması barədə qərarı göstərir ki, hakimiyyət müxalifət qarşısında geri çəkilir. Lakin, ekspertlərin fikrincə, bu addımlar yetərincə qənaətbəxş deyil.

"IHS Jane's Security" tədqiqat mərkəzinin baş analitiki Aleks Vatankanın fikrincə, Xameneyi və onun dəstəklədiyi Əhmədinejadın hakimiyyəti müxalifət qarşısında geri çəkilib, lakin bu, prezident seçkilərindən sonra baş vermiş "cinayətlərə" bəraət qazandırmır.

İranın dini lideri ayətulla Xameneyi iyulun 28-də Kəhrizək həbsxanasının bağlanması barədə qərar verib. BBC-nin həmin gün yaydığı məlumata əsasən, bu həbsxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılır. Xameneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhüləmininin və bir neçə şəxsin bu həbsxanada naməlum şəraitdə ölümündən sonra verilib. Əhmədinejad isə iyulun 30-da ədliyyə nazirinə məktub yazaraq, 140 məhbusun azadlığa buraxılmasını xahiş edib.

Vatanka Vaşinqtondan Trend -a telefonla bildirib ki, bir neçə məhbus həbsxanada naməlum şəkildə öldürülüb. "Öldürülənlərin birisi isə İran İnqilab Keşikçiləri Korpusunun sabiq rəhbərinin (Möhsün Rezayi) müavininin oğludur və bu xəbər Kəhrizəkdə dəhşətli şəraitin olması ilə bağlı ictimaiyyətdə böyük şübhələr yaratmışdı", - Vatanka cümə günü bildirib.

Onun sözlərinə görə, seçkidən sonrakı etirazların səbəkarı Xameneyidir. O, Əhmədinejadı dəstəkləməklə dini lider deyil, bir siyasətçi kimi öz mövqeyini nümayiş etdirib. ABŞ eksperti hesab edir ki, hazırda müxalifət çox güclənib və etirazlar daha da sərtləşib. "Bu səbəbdən Xameneyi bir daha bitərəf dini lider kimi öz imicini bərpa etdirmək istəyir", - ekspert bildirib.

Prezident seçkilərindən sonra digər namizədlər Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və Möhsün Rezayi nəticələrə etraz edərək, seçkilərdə geniş saxtakarlığa yol verildiyini bildiriblər. Tehran və digər şəhərlərdə seçkilərin ləğvi tələbi ilə keçirilən aksiyalarda 20 həlak olub. Sərhədsiz Reportyorlar Təşkilatı ölənlərin sayının "daha çox" olduğunu deyib və 2000 nəfərin həbs olunduğunu bildirib.

Londonda fəaliyyət göstərən iranlı ekspert Əli Reza Nurizadə (Ali Reza Nourizadeh) isə hesab edir ki, Kəhrizəkdə həbsdə olanlar İsfahan şəhərinin həbsxanasına və Tehranın Evinhəbsxanasına köçürülüb. Prezidentin 140 nəfərin azadlığa buraxılması barədə müraciəti isə heç nəyi dəyişmir. "Hazırda 100-dən çox siyasi şəxs və 2000 aksiyaçı həbsdədir. 140 nəfərin azadlığa buraxılması isə heç nəyi dəyişmir", - Nurizadə telefonla Londondan bildirib.

İyulun 30-da, aksiyalarda həlak olmuş Neda Ağa Sutlanın məzarına toplaşan etirazçıların bir qismi həbs olunub. Tutulanlar arasında iki jurnalist də var.

İran Jurnalistlər İcmasının baş katibi Bədrəssadat Mufidi Trend -a bildirib ki, seçkilərdən sonra 50-yə yaxın jurnalist həbs olunub və hazırda onların ən azı 25 nəfəri həbsdədir. BBC-nin məlumatına əsasən, hazırda 40-dan çox sabiq yüksək vəzifəli rəsmi şəxs, tanınmış siyasətçi və fəallar həbs olunub.

Ekspertlərin fikrincə, Xameneyi bir dini lider kimi öz imicini bərpa etmək istəyirsə, daha böyük addımlar atmalıdır.

Nurizadə hesab edir ki, Kəhrizəkdə, digər həbsxanalarda və aksiyalarda vətəndaşları "qətlə" yetirən məmurlar məhkəməyə verilməlidir və seçkilərdə saxtakarlığa yol verənlər cəzalandırılmalıdırlar.

Vatanka isə belə düşünür ki, Xameneyinin İranda baş verən hadisələrdə böyük rolu var və o, bütün zorakılıqlara görə məsuliyyət daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti