...

Avropa ölkələri İranda keçirilən prezident seçkiləri zamanı "imtahandan yaxşı çıxmayıblar"

Dünya xəbərləri Materials 31 İyul 2009 17:22 (UTC +04:00)
Avropa ölkələri İranda keçirilən prezident seçkiləri zamanı "imtahandan yaxşı çıxmayıblar". Bu barədə İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki cümə namazından öncə bildirib. Onun sözlərinə görə, bu dövlətlər İranın daxili işlərinə gizli deyil, açıq-aşkar müdaxilə edir.
Avropa ölkələri İranda keçirilən prezident seçkiləri zamanı "imtahandan yaxşı çıxmayıblar"

Avropa ölkələri İranda keçirilən prezident seçkiləri zamanı "imtahandan yaxşı çıxmayıblar". Bu barədə İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki cümə namazından öncə bildirib. Onun sözlərinə görə, bu dövlətlər İranın daxili işlərinə gizli deyil, açıq-aşkar müdaxilə edir. Məlumatı Fars informasiya agentliyi yayıb.

"Təxminən 30 Avropa ölkəsinin iştirak etdiyi Avropa Parlamentində seçkilər zamanı əhalinin fəallığı 25-dən 42 faizədək təşkil edib", - deyə Möttəki bildirib. - İranda isə seçicilərin 85 faizi fəallıq nümayiş etdirib".

Xarici işlər nazirinin fikrincə, "xarici provokatorlar" səslərin və seçici fəallılığının düzgün hesablanmaması ittihamları ilə İran xalqına zərbə vurmaq istəyir.

Tehranda güclü müxalifət həyəcanları iyunun 12-də keçirilən prezident seçkilərinin yekunlarının elan olunmasından sonra baş qaldırıb. Seçkilərdə qələbəni, İran MSK-nın məlumatına əsasən, səslərin 66 faizini toplayan hazırkı Prezident Mahmud Əhmədinejad qazanıb. Məğlub olmuş namizədlərdən biri Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı bu aksiyalara qoşulmağa dəvət edib. Toqquşmalar zamanı, rəsmi məlumatlara əsasən, 20 nəfər həlak olub, qeyri-rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. 1032 nümayişçi həbs edilib. Onların əksəriyyəti azad olunub.

İran hökuməti Qərb dövlətlərini, xüsusilə də Böyük Britaniyanı iyunun 12-də keçirilən prezident seçkilərindən sonra ölkədə gərginliyin artırılmasında, iğtişaşların təşəbbüskarı olmaqda və ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

Xəbər lenti

Xəbər lenti