Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Ermənistan oktyabrın 10-da diplomatik münasibətlərin qurulması barədə müqavilə imzalayacaqlar. Bu barədə xəbəri Associated Press yayıb.
Ərdoğan bildirib ki, müqavilə iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanacaq, lakin qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri tərəfindən təsdiqlənməlidir.
Türkiyə və Ermənistanın futbol yığmaları oktyabrın 14-də Dünya çempionatının kvalifikasiya matçında görüşəcəklər.