Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Misir Futbol Federasiyasına qarşı 2010-cu il DÇ-nin seçmə turnirinin qarşılaşmasında Əlcəzair azarkeşlərinin döyülməsinə cavab olaraq sanksiyalar tətbiq etməyi planlaşdırır, BBC saytı xəbər verir.
FİFA-nın rəsmi məlumatında bildirilib ki, Misirin Futbol Federasiyasına qarşı sanksiyalar əlcəzairli azarkeşlər Qahirə hava limanına çatan zaman hücuma məruz qaldıqlarına görə tətbiq olunacaq.
Toqquşma nəticəsində dörd nəfər yaralanıb və xəsarət alıb. Misirin paytaxtında 2000-dən çox nəfərin iştirakı ilə keçən kütləvi akziya zamanı Əlcəzairin bayrağı yandırılmış, həmçinin bu dövlətin diplomatik nümayəndəsindən ölkəni tərk etməsi tələb edilmişdi.
Cümə günü Misir Xarici işlər Nazirliyi Əlcəzair səfirinin ölkədən geri çağırılması haqda xəbər verib, Misirin Yaxın Şrq xəbərlər agentliyi xəbər verir.
Misir rəhbərləri həmçinin əlavə görüşün keçirildiyi Sudan hökümətini matçın pis təşkil olmasında günahlandırıblar Bundan sonra isə Xartum da misirliləri "mətbuatda əsassız spekulyasilar"da günahlandıraraq öz səfirini Qahirədən geri çağırıb.