...

İranın xarici işlər naziri MAQATE Hakimlər Şurasına üzv ölkələrə məktub göndərib

Dünya xəbərləri Materials 1 Dekabr 2009 12:21 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, İranın XİN rəhbəri Mənuçöhr Müttəki MAQATE-nin Hakimlər Şurasına üzv ölkələrə məktub göndərib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İranın xarici işlər naziri  MAQATE Hakimlər Şurasına üzv ölkələrə məktub göndərib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, İranın XİN rəhbəri Mənuçöhr Müttəki MAQATE-nin Hakimlər Şurasına üzv ölkələrə məktub göndərib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst əlavə edib ki, Müttəki məktubda Hakimlər Şurasına üzv ölkələrin İranın nüvə proqramı ilə bağlı səsvermədə mövqelərinə münasibət bildirib. 

Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvi və Almaniya tərəfindən (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olunub və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub.

Mehmanpərəst həmçinin Böyük Britaniyanın 5 dənizçisinin İran sularında həbs edilməsinə münasibət bildirərək deyib ki, hazırda bu fakt araşdırılır və mətbuata açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti