...

Serbiya Milli Şurasının sədri Tehrana səfər edib

Dünya xəbərləri Materials 2 Dekabr 2009 16:53 (UTC +04:00)
Serbiya Parlamentinin sədri xanım Slaviça Dukiç Dejanoviç bu gün Tehrana səfər edib.
Serbiya Milli Şurasının sədri Tehrana səfər edib

Serbiya Parlamentinin (Milli Şurasının) sədri xanım Slaviça Dukiç Dejanoviç bu gün Tehrana səfər edib. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Məlumata əsasən, xanım Dejanoviç ikigünlük səfər zamanı İran Parlamentinin sədri, İran-Serbiya parlamentlərarası dostluq qrupunun rəhbəri və parlamentin qadınlar fraksiyasının rəhbəri ilə görüşlər keçirəcək.

Dejanoviçin İran Prezidenti Mahmud Əhmədinejad və xarici işlər naziri Mənuçöhr Müttəki ilə də görüşəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti