...

İran özü 20 faizlik uran istehsal edəcək - Əhmədinejad

Dünya xəbərləri Materials 2 Dekabr 2009 17:29 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad bəyan edib ki, İran 20 faizlik zənginləşdirilmiş uran istehsal etmək barədə qərar qəbul edib.
İran özü 20 faizlik uran istehsal edəcək - Əhmədinejad

Prezident Mahmud Əhmədinejad bəyan edib ki, İran 20 faizlik zənginləşdirilmiş uran istehsal etmək barədə qərar qəbul edib. Məlumatı Fars agentliyi yayıb.

"Qərb ölkələri İranın nüvə sahəsində inkişafına mane olmağa çalışırlar", - Əhmədinejad bu gün İsfahan şəhərindəki çıxışı zamanı deyib.

"Biz onlardan (qərb ölkələrindən) 20 faizlik uran almaq istəyirdik və onlar MAQATE çərçivəsində bizə onu verə bilərdilər, lakin bunu etmədilər. Biz bu uranı özümüz istehsal etmək qərarına gəldik", - Əhmədinejad deyib.

Xəbər lenti

Xəbər lenti