...

Türkiyənin XİN rəhbəri yunanıstanlı baş nazirlə görüşüb

Dünya xəbərləri Materials 3 Dekabr 2009 11:17 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Afinada Yunanıstanın baş naziri və xarici işlər naziri Yorqos Papandreylə görüşüb, Anadolu xəbər verir.
Türkiyənin XİN rəhbəri yunanıstanlı baş nazirlə görüşüb

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir R. Daraxşan/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Afinada Yunanıstanın baş naziri və xarici işlər naziri Yorqos Papandreylə görüşüb, Anadolu xəbər verir.

Görüşdən sonra mətbuat konfransında Davudoğlu görüşü "çox məhsuldar" kimi qiymətləndirib.

"Tərəflər iki ölkənin gələcəyinə dair fikir mübadiləsi aparıblar. Mən türk-yunan münasibətlərinin fəallaşması üçün çox yaxşı zəmin görürəm", - Davudoğlu deyib.

O qeyd edib ki, Türkiyə və Yunanıstan arasındakı yüksək səviyyəli siyasi dialoq inkişaf etməkdə davam edəcək, iqtisadi münasibətlər möhkəmlənəcək və mədəni əlaqələrə yardım sahəsində də tədbirlər görüləcək.

Türkiyənin xarici işlər naziri bəyan edib ki, tərəflər Egey dənizi problemi, Kipr məsələsi və onun həllinə ümumi töhfəyə dair fikir mübadiləsi aparıblar.

Türkiyənin XİN rəhbəri ölkənin Aİ-yə daxil olmaq istəyini dəstəklədiyi üçün Yunanıstana təşəkkürünü bildirib.

Вечером в среду Давутоглу направился в Брюссель для участия во встрече министров иностранных дел стран НАТО.

Çərşənbə günü axşam Davudoğlu NATO ölkələrinin xarici işlər nazirləri ilə görüşdə iştirak etmək üçün Brüsselə yola düşüb.

Xəbər lenti

Xəbər lenti