...

İran MAQATE Hakimlər Şurasının qətnaməsini dəstəkləyən ölkələrlə əlaqələrinə yenidən baxacaq - İran Parlamentinin sədri

Dünya xəbərləri Materials 3 Dekabr 2009 14:53 (UTC +04:00)
İran Parlamentinin sədri Əli Laricani cümə axşamı İranın Amul şəhərində çıxışı zamanı bildirib ki, İran MAQATE Hakimlər Şurasının İrana qarşı qətnaməsini dəstəkləmiş ölkələrlə əlaqələrinə yenidən baxacaq. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "Iribnews" məlumat yayıb.
İran MAQATE Hakimlər Şurasının qətnaməsini dəstəkləyən ölkələrlə əlaqələrinə yenidən baxacaq - İran Parlamentinin sədri

İran Parlamentinin sədri Əli Laricani cümə axşamı İranın Amul şəhərində çıxışı zamanı bildirib ki, İran MAQATE Hakimlər Şurasının İrana qarşı qətnaməsini dəstəkləmiş ölkələrlə əlaqələrinə yenidən baxacaq. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "Iribnews" məlumat yayıb.

Laricani əlavə edib ki, İran xalqı öz sülhyönlü nüvə proqramından heç vaxt geri çəkilməyəcək. "İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyası hazırda İran və MAQATE arasında əlaqələrin azaldılması məsələsini araşdırır", - deyə Laricani deyib.

Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olunub və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti