...

Müttəki almaniyalı həmkarına NPT müqaviləsini diqqətlə oxumağı məsləhət görüb

Dünya xəbərləri Materials 3 Dekabr 2009 17:15 (UTC +04:00)
İranın xarici işlər naziri almanıyalı həmkarına MAQATE-nin NPT müqaviləsini bir daha diqqətlə oxumağı məsləhət görüb.
Müttəki almaniyalı həmkarına NPT müqaviləsini diqqətlə oxumağı məsləhət görüb

İranın xarici işlər naziri almanıyalı həmkarına MAQATE-nin NPT müqaviləsini bir daha diqqətlə oxumağı məsləhət görüb. Məlumatı FARS xəbər agentliyi yayıb.

"Vestervelleyə məsləhət görürəm ki, "amma və əgər" sözlərini işlətmək əvəzinə NPT müqaviləsini bir daha oxusun və Hakimlər Şurasının üzvlərinin hüquqları məsələsində daha diqqətli olsun və MAQATE-yə üzv ölkələrin hansı hüquqları və öhdəlikləri olduqları ilə tanış olsun", - XİN rəhbəri Mənuçöhr Müttəki almaniyalı həmkarı Gido Vestervellenin İrana qarşı son bəyanatına münasibət bildirərək deyib.

Almaniyanın xarici işlər naziri Vestervelle son bəyanatında rəsmi Tehranı daha ağır sanksiyalarla hədələyərək bildirib ki, İran "amma və əgər"ləri kənara qoymalı və MAQATE ilə əməkdaşlıq etməlidir.

Xəbər lenti

Xəbər lenti