...

HƏMAS Qalid Şalitin Misirə keçirilməsini inkar edir

Dünya xəbərləri Materials 4 Dekabr 2009 11:41 (UTC +04:00)
Fələstinin müqavimət hərəkatı HƏMAS İsrailin əsir düşmüş əsgəri Qalid Şalitin Misirə keçirilməsi barədə informasiyanı təkzib edib. Bu barədə Al Jazeera Net saytı məlumat verib.
HƏMAS Qalid Şalitin Misirə keçirilməsini inkar edir

Fələstinin müqavimət hərəkatı HƏMAS İsrailin əsir düşmüş əsgəri Qalid Şalitin Misirə keçirilməsi barədə informasiyanı təkzib edib. Bu barədə Al Jazeera Net saytı məlumat verib.

HƏMAS-ın Livandakı nümayəndəsi Usama Həmdan bu informasiyanı inkar edib və əlavə edib ki, bu cür informasiyanın yayılması HƏMAS ilə İsrail arasındakı danışıqlar prosesinə təsir etmək üçün cəhddir. Həmdan əlavə edib ki, Şalitin azad edilməsi barədə danışıqlar davam edir və konkret nəticə əldə olunmayanadək hərəkat məlumat yaymayacaq.

Cümə axşamı Küveytin "Əl-Cəridə" qəzeti bildirib ki, oğurlanmış İsrail əsgəri Qalid Şalit bir neçə gün əvvəl Misirə keçirilib, NEWSru.co.il yazır.

Qəzetin məlumatına görə, Şaliti "Briqad İzəddinə əl-Kəsma" lideri Əhməd Cabbari və HƏMAS-ın yaradıcılarından olan Mahmud əz-Zahar müşayiət edib.

HƏMAS həmin addımı Misirin təzyiqi altında atıb və təşkilatdan, İsraillə müqavilə bağlanılmasına dair fikir barədə izahat tələb olunub, Küveyt nəşriyyatı təsdiq edir.

"Əl-Cədirə" yazır ki, Şalit Misirin Rafiaha məntəqəsinə avtobusla keçirilib və İsrail rəhbərliyi həmin addım haqqında xabərdar edilib.

İsrail höküməti rəhbərinin dəftərxanası bu informasiyanı şərh etmir.

Üç ildir ki, HƏMAS-ın əsirliyində olan Şalitin azad edilməsi barədə danışıqlar, hələ ki konkret nəticə verməyib.

HƏMAS İsraildən, Şalitın azad edilməsi müqabilində azad ediləcək fələstinli əsirlərin sayının artırılmasını tələb edir. HƏMAS-ın təqdim etdiyi siyahıda İsraildə terror aktı törətməkdə əli olan 15 terroristin adı var.

Xəbər lenti

Xəbər lenti