...

Braziliyanın xarici işlər naziri İsfahanda İran Prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 4 Dekabr 2009 10:46 (UTC +04:00)
Braziliyanın xarici işlər naziri Celso Amorim ötən gün İran Prezidenti Mahmud Əhmədinejad ilə İsfahan şəhərində görüşüb. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Braziliyanın xarici işlər naziri İsfahanda İran Prezidenti ilə görüşüb

Braziliyanın xarici işlər naziri Celso Amorim ötən gün İran Prezidenti Mahmud Əhmədinejad ilə İsfahan şəhərində görüşüb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Görüşdə Əhmədinejad İran və Braziliya əlaqələrini hər gün inkişaf etməkdə olan strateji əlaqələr kimi qiymətləndirib. "İran Braziliya ilə əlaqlərini bütün sahələrdə inkişaf etdirmək niyyətindədir", - Əhmədinejad deyib.

Amorim də öz növbəsində Əhmədinejadın Braziliyaya səfərinin iki ölkə arasındakı əlaqələrdə dönüş nöqtəsi olduğunu deyib. "Braziliya İranla hərtərəfli əlaqələri inkişaf etdirməyə hazırdır", - Amorim deyib.

Əhmədinejad Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lulayanın yaxın gələcəkdə İrana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verəcəyini deyib.

Amorim ötən gün həmçinin iranlı həmkarı Mənuçöhr Müttəki ilə də görüşüb.

Amorim ötən gün İrana qısa müddətli səfər edib.

Xəbər lenti

Xəbər lenti