...

İran ABŞ-ı saxlanılmış İran vətəndaşını azad etməyə çağırır

Dünya xəbərləri Materials 8 Dekabr 2009 12:20 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki ABŞ-ı silah alverində ittiham olunaraq həbs esilmiş iranlını azad etməyə çağırıb
İran ABŞ-ı saxlanılmış İran vətəndaşını azad etməyə çağırır

İranın xarici işlər naziri Mənuçöhr Müttəki ABŞ-ı silah alverində ittiham olunaraq həbs esilmiş iranlını azad etməyə çağırıb, Press TV xəbər verir.

Əmir Hosseyn Ərdəbili 2007-ci ildə ABŞ-ın Gürcüstandakı mizli xidmət agentləri tərəfindən saxlanılıb və gizli olaraq Birləşmiş Ştatlara keçirilib. Saxlanıldıqdan sonra o, 2008-ci ilin mayında ABŞ məhkəməsində silah alveri ilə əlaqədar 14 maddə üzrə özünü təqsirli bilib.

Hökmün çıxarılması Delaver ştatının məhkəməsində dekabrın 14-nə planlaşdırılır.

Müttəki deyib ki, Ərdəbilinin Amerika məhkəməsində etirafı onun "qeyri-stabil psixoloji vəziyyəti" ilə bağlı olub və o, bunu "beynəlxalq hüququn pozulması" adlandırıb.

İranlı nazir "Biz Ərdəbiliyə qarşı sürülmüş ittihamlarla bağlı tutarlı sübutlar görmürük" deyərək ABŞ-ı məhkumun dərhal və "şərtsiz azad edilməsini" təmin etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti