...

İranın Baş prokurorundan müxalifətə sonuncu xəbərdarlıq

Dünya xəbərləri Materials 8 Dekabr 2009 14:34 (UTC +04:00)
İranın Baş prokuroru Qulamhüseyn Möhsini Əjeyi bu gün (dekabrın 8-də) Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, bu andan etibarən əhalinin təhlükəsizliyinin və sakitliyinin pozulmasına əsla yol verilməyəcək. "Xalqın və cəmiyyətin təhlükəsizliyini pozmağa cəhd edən hər kəsə qarşı ciddi tədbirlər görüləcək", - deyib.
İranın Baş prokurorundan müxalifətə sonuncu xəbərdarlıq

İranın Baş prokuroru Qulamhüseyn Möhsini Əjeyi bu gün (dekabrın 8-də) Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, bu andan etibarən əhalinin təhlükəsizliyinin və sakitliyinin pozulmasına əsla yol verilməyəcək. "Xalqın və cəmiyyətin təhlükəsizliyini pozmağa cəhd edən hər kəsə qarşı ciddi tədbirlər görüləcək", - deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Fikrimcə, prezident seçkilərindən sonrakı hadisələrdə təhlükəsizlik qüvvələri təmkinlik göstərdilər, lakin bu gündən bu cür olmayacaq. Prokurorluğa da göstəriş verilib, əhalinin təhlükəsizliyini və sakitliyini pozmağa, düşmənlərin məqsədlərinə xidmət etməklə İslam Respublikası sisteminə ziyan vurmağa yol verilməyəcək", - Əjeyi deyib.

"Bu gün düşmənin kimliyi və mahiyyəti bizə bəllidir, bu baxımdan heç kəsə xalqın təhlükəsizliyini pozmağa icazə verməyəcəyik", - o əlavə edib.

Əjeyi iranlı valideynləri övladlarına daha çox nəzarət etməyə, onların bəzi KİV-lərə və ikimənalı şüarlara aldanmalarının qarşısını almağa çağırıb və "əks təqdirdə sonra heç kimdən şikayətlənməyin" deyib.

Əjeyi İran Parlamenti nümayəndələrinin müxalif düşərgədən prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvi ilə bağlı şikayətlərinə münasibət bildirərək deyib ki, şikayət ərizələri artıq prokurorluğu daxil olub və Tehran şəhər prokuroruna məsələ ilə bağlı tədbir görməsi barədə göstəriş verilib.

Tehranda güclü müxalifət həyəcanları iyunun 12-də keçirilən prezident seçkilərinin yekunlarının elan olunmasından sonra baş qaldırıb. Seçkilərdə qələbəni, İran MSK-nın məlumatına əsasən, səslərin 66 faizini toplayan hazırkı Prezident Mahmud Əhmədinejad qazanıb. Məğlub olmuş namizədlərdən biri Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı etiraz aksiyalarına qoşulmağa çağırıb. Toqquşmalar zamanı, rəsmi məlumatlara əsasən, 20 nəfər həlak olub, qeyri-rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. 1032 nümayişçi həbs edilib. Onların əksəriyyəti azad olunub.

İran hökuməti Qərb dövlətlərini, xüsusilə də Böyük Britaniyanı iyunun 12-də keçirilən prezident seçkilərindən sonra ölkədə gərginliyin artırılmasında, iğtişaşların təşəbbüskarı olmaqda və ölkənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

Xəbər lenti

Xəbər lenti