...

İranın ticarət naziri Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 8 Dekabr 2009 15:55 (UTC +04:00)
İranın ticarət naziri Mehdi Qəzənfəri dekabrın 13-də Qazaxıstana səfər edəcək. Bu barədə Trend News İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS-a istinadən məlumat verir.
İranın ticarət naziri Qazaxıstana səfər edəcək

İranın ticarət naziri Mehdi Qəzənfəri dekabrın 13-də Qazaxıstana səfər edəcək. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS-a istinadən məlumat verir.

"Səfər zamanı Qəzənfərini iranlı biznesmenlərdən ibarət 40 nəfərlik nümayəndə heyəti müşayiət edəcək", - Ticarət Nazirliyinin Tehran əyaləti üzrə ticarət təşkilatının sədri Əli Musəvi deyib.

Musəvi əlavə edib ki, Qəzənfəri Qazaxıstan rəsmiləri ilə iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparacaq.

Musəvinin sözlərinə görə, səfər zamanı iranlı nazir Qazaxıstanın Şımkənd şəhərində İran məhsulları sərgisinin və İran Ticarət Mərkəzinin açılışında iştirak edəcək.

İran və Qazaxıstan arasında ticarət dövriyyəsi ötən il 3 milyard dollar təşkil edib. İki ölkə bu rəqəmi 10 milyard dollara qədər artırmaq istəyirlər.

Xəbər lenti

Xəbər lenti